Misli Premyer Liqasında çıxış edən "Şamaxı" milli komandanın Millətlər Liqasındakı oyunlarına görə çempionatda yaranan fasilədə yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, "şirlər" I Liqa təmsilçisi MOİK-lə üz-üzə gələcək.

 

Qarşılaşma Şamaxı şəhər stadionunda baş tutacaq.

 

Qeyd edək ki, noyabrın 17-də reallaşacaq görüşün start fiti saat 15:00-da səslənəcək.