"Qarabağ" və "Sumqayıt" oyununda, təbii ki, "Qarabağ" favoritdir, amma Avropa Liqasındakı məğlubiyyətdən sonra psixoloji durum yaxşı olmaya bilər." Bunu Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

 

Millinin sabiq məşqçisinin fikirincə, çempionat oyunlarında psixoloji vəziyyət və hazırkı formalar nəticəyə ciddi təsir göstərir. Komandaların hazırkı durumları balanslı oyunlar və sürpriz nəticələr vəd edir:

 

 

"Şamaxı" - "Səbail"

Hər iki komanda çempionatda qalmaq uğrunda mübarizə aparır və son oyunlarda qələbə qazana bilməyib. "Şamaxı" üçün evdə oynamaq üstünlükdür və mütləq qələbəyə ehtiyacı var. Digər tərəfdən, "Səbail" üçün heç-heçə də uğurlu nəticə sayılar. Hər iki komandanın gücü bərabər görünür və nəticə 50-50 dəyərləndirirəm.

 

"Araz Naxçıvan" - "Sabah"

"Araz Naxçıvan" son oyunlarda stabil performans sərgiləyir, xallar baxımından da rahat vəziyyətdədir. Komandanın bu mövsüm ilk üçlükdə olma şansı yüksəkdir. "Sabah" isə yeni baş məşqçi Berezutski ilə ardıcıl qələbələr qazanıb. Psixoloji baxımdan yaxşı vəziyyətdədirlər. Bu oyun da balanslı keçəcək, amma heç-heçə ehtimalı daha yüksəkdir.

 

"Neftçi" - "Kəpəz"

"Neftçi" üçün bu oyun olduqca vacibdir. Son turlardakı uğursuzluqlar səbəbindən komandaya fasiləyə qədər xal ehtiyatını artırmaq lazımdır. "Kəpəz" isə çempionatda qalmaq uğrunda mübarizəsini davam etdirir. Bu oyun hər iki komanda üçün prinsipial xarakter daşısa da, "Neftçi" favorit hesab edirəm.

 

"Zirə" - "Turan"

Hər iki komanda Avropa Liqasına vəsiqə qazanmaq uğrunda yarışır. "Zirə" ardıcıl qələbələr əldə edib və yaxşı formadadır. "Turan" isə son oyununda qələbə qazanaraq inamını bərpa edib. "Zirə" üstünlük daşısa da, "Turan" sürpriz edərək xal ala bilər.

 

"Qarabağ" - "Sumqayıt"

"Qarabağ" bu oyunun favoriti olsa da, Avropa Liqasındakı məğlubiyyət komandaya psixoloji təsir edə bilər. Bununla belə, geniş heyətə sahib olan "Qarabağ"ın bu oyunda gənc futbolçulara da şans verəcəyi gözlənilir. "Sumqayıt" isə zədəli futbolçular səbəbindən çətinliklərlə üzləşir. "Qarabağ"ın qələbə ehtimalı daha yüksəkdir, amma "Sumqayıt"ın da xal almaq üçün mübarizə aparacağını düşünürəm.