Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Sport24.az xəbər verir ki, “Səbail” – “Qarabağ” matçını FİFA referisi Əliyar Ağayev idarə edəcək.

“Sumqayıt” – “Qəbələ” matçı isə Vüqar Həsənliyə həvalə olunub.

Azərbaycan Premyer Liqası
23-cü tur

16 aprel

“Səbail” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”, 18:00.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Sumqayıt Arena”, 20:15.