Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb. Sport24.az xəbər verir ki, səfərdə aşağı liqa təmsilçisi "Suvalki"yə 3:1 hesabı ilə qalib gələn Varşava təmsilçisi növbəti mərhələyə yüksəlib.

Mahir 56-cı dəqiqədə meydana daxil olaraq, bundan 24 dəqiqə komandasının sonuncu qolunu vurub.

Maraqlıdı ki, bu görüşdə polşalı xanım azarkeş Mahir Emreliyə olan sevgisini Azərbaycan dilində yazılmış şüarla göstərib. O, "Səni sevirəm Emreli" yazılmış plakatı tribunadan nümayiş etdirib. Mahir matç başa çatdıqdan sonra həmin azarkeşə yaxınlaşaraq imza verib.