İspaniya polisi La Liqanın XXXI turu çərçivəsində ötən həftəsonu "Malyorka"nın "Real"ı qəbul etdiyi "Palma-de-Malyorka"da baş verən insidenti araşdıracaq. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı "Real"ın müdafiəçisi Orelyen Tçuameni meydan sahiblərinin azarkeşlərindən biri tərəfindən dəfələrlə təhqir olunub.

 

Daha sonra "Malyorka"nın mətbuat xidməti bu faktı təsdiqləyib, futbolçudan üzr istəyib və hadisənin hərtərəfli araşdırılması üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq ediləcəyinə söz verib.

 

Qeyd edək ki, matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb və yeganə qolu Tçuameni vurub.