"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov zədədən əziyyət çəkən braziliyalı hücumçusu Filipe Paxtmanın gələcək taleyi haqda danışıb. Sport24.az xəbər verir ki, son turlarda heyətdən kənarda qalan gənc forvard üçün bu il böyük ehtimal başa çatıb: "Bəlkə sonuncu tura hazır oldu, yaxud Kubok matçında oynayar. Hələ konkret bir şey yoxdu. Onun yoxluğu da hiss edilir. Futbolçu kimi çox istedadlıdır, onu bəyənirəm. Amma artıq özü ilə söhbətimiz olacaq. Çünki onu komandada saxlayanda, başqa birini götürmək olmur. Hücumda rotasiyalar etmək imkanı azdır. Üç vacib oyun oynayacağıq. Çox istəyərdik ki, əlimizdə iki keyfiyyətli hücumçu olsun. Problemi həll etməliyik".