“Neftçi” qış fasiləsində Azər Salahlı və Eddi İsrafilovdan sonra daha bir transferi həyata keçirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, Braziliyanın “İnternasyonal”dan ayrılan hücumçu Gilyerme Pato artıq Türkiyəyə gəlib.

 Belə ki, son çempionun rəsmi müqavilənin imzalanması ilə bağlı düşərgəsinə dəvət etdiyi 21 yaşlı braziliyalı futbolçu “Neftçi”nin Antalya toplanışı zamanı qaldığı otelə - "The Sense de Luxe Hotel"ə yerləşib. 

Patoyla uzunmüddətli anlaşmanın imzalanacağı gözlənilir. Belə ki, müqavilənin müddətinin 4,5 il olacağı nəzərəd tutulub.