"Bilirdik ki, bizi "Zirə" ilə çətin oyun gözləyir. Komanda oyunu göstərə bildik. Standart vəziyyətdən qol vurduq". Sport24.az xəbər verir ki, bunu "Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç Misli Premyer Liqasıın XX turunda "Zİrə" yə "Bakcell Arena"da 1:0 hesabıyla qalib gəldikləri matça haqda danışarkən deyib.

Komandasının qələbə topunu vuran serbiyalı müdafiəçisini fikrimcə, ən vacib olan 3 xalı qazanmalarıdı: "Uzun müddətdən sonra qol vurdum. Sevinirəm ki, qələbə qolunu vurmuşam. Ümid edirəm ki, növbəti oyunlarda da qol vurmağı bacaracam. Zədədən yeni qayıtmışam. Özümü istədiyim formada hiss etmirəm. Ancaq növbəti oyunlarda özümü daha yaxşı tərəfdən göstərəcəyimə inanıram".