"Legiya"nın sabiq futbolçusu Silvestr Çereşevski Azərbaycan millisinin forvardı Mahir Emreli haqda danışıb. Sport24.az xəbər verir ki, veteran futbolçu Emreli ilə digər forvard Tomaş Pekxartın eyni zamanda meydanda olmasının komanda üçün daha uğurlu ola biləcəyini bildirib: “Ümidvaram ki, onlar eyni anda meydanda yer alacaq. Belə olan halda, Mahirin potensialı da Pekxarta kömək olacaq. Doğrudu, çox komanda 2 hücumçu ilə oynaya bilmir. Amma “Legiya” çempionatda öz meydanında 2 hücumçu ilə oynamaq potensialından istifadə edə bilər”.