"Qarabağ"ın UEFA Avropa Liqasındakı qarşıdakı rəqibi olan "Olimpiakos"un futbolçuları milli oyunlarında iştirak ediblər. Sport24.az xəbər verir ki, Pirey təmsilçisindən Yunanıstan millisinə yalnız iki futbolcu dəvət alıb.

Bunlar yarımmüdafiəçilər Georgios Masurasla kapitan Andreas Buxalakisdi. C Liqasında 2-ci qrupda mübarizə aparan yunanlar ilk 4 matçda yüzfaizli nəticə göstərsələr də, bundan Kipr yığmasına səfərdə minimal hesabla məğlub oublar. Masuras bu görüşdə 90 dəqiqə çıxış edib, Buxalakis isə fasilədən dərhal sonra meydana çıxıb.

Yunanıstan son turda evdə Şimali İrlandiyaya 3:1 qalib gəlib. Georgios yenə start heyətdə yer alıb, amma bu dəfə 76-cı dəqiqədə əvəzlənib. O, 55-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Andreas isə son 14 dəqiqədə oynayıb. Yunanıstan millisi 15 xalla qrup qalibi kimi B Liqasına vəsiqəni təmin edib.

"Olimpiakos"un əsas qapıçısı olan Tomaş Vatslik Çexiya millisinin son 2 matçında da "1 nömrə" kimi ilk dəqiqələrdən meydanda olub. A Liqasında mübarizə aparan çexlər evdə Portuqaliyaya 0:4 hesabı ilə məğlub olub. Yeri gəlmişkən, həmin oyunun 13-cü dəqiqəsində Kriştiano Ronaldo Tomaşla toqquşaraq burnundan xəsarət alıb. Çexiya son turda səfərdə İsveçrəyə 1:2 hesabıyela yenilub. 33 yaşlı qolkiper isə onda zədələndiyindən matçın fasiləsində əvəzlənmək məcburiyyətində qalıb. Vatslik 2 oyuna 6 qol buraxıb, milisi isə 4 xalla qrup sonunucu olaraq B Liqasına düşüb. 

"Olimpiakos"un cənubi koreyalı legioneri Hvan Uy Co Kamerunla yoldaşlıq görüşündə oynasa da, xəsarət alıb. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra əvəzlənməli olub. 

İsrail millisində isə "Olimpiakos"lu sol cinah müdafiəçisi Doron Leydner ilk 73 dəqiqə oyunda olub və əvəzlənib. İsraillilər Albaniyaya evdə 2:1 hesabıyla qalib gəlib. Bundan sonra Maltayla səfərdə yoldaşlıq görüşü keçirən İsrail bu dəfə 1:2 heesablı məğlubiyyət alıb. Doron bu görüşün iştirakçısı olmayıb.

İsrail 4 oyundan sonra 8 xalla B Liqasını lider kimi başa vurub və burda qrup qalibləri olan digər 3 yığmayla birgə AVRO-2024-ə yollanmaq uğrunda mübarizə aparacaq. Onu da bildirək ki, İsrailin 6 yox, 4 oyunun keçirməsinə səbəb bu qrupda olan Rusiyanın bütün beynəlxalq yarışlardan kənarlaşdırılması olub.  

Xatırladaq ki, "Olimpiakos"la "Qarabağ" ilk olaraq oktyabrın 6-da Yunanıstanda görüşəcək.