"Neftçi" müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan qvineyalı futbolçu Mamadu Kane ilə vidalaşıb. Bu haqda Sport24.az-a Bakı klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

O, Pirey təmsilçisinin millisinin heyətində Afrika Millətlər Kubokunda iştirak edən 25 yaşlı qvineyalı yarımmüdafiəçini geri çağırdığını bəyan edib: "Kane artıq "Olimpiakos"un futbolçusudu. Yunanlar bizimlə olan icarə müqaviləsinə xitam verdilər".

Mamadu ötən yay "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edir.