Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda yerli "Olimpiakos"la "Qarabağ" arasında keçiriləcək oyundan öncə bir dəqiqəlik sükut elan olunacaq.

Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Avropa futbol qurumunun qərarına əsasən, qarşılaşmada İndoneziya çempionatının 11-ci turunun "Arema" və "Persebaya" komandaları arasında baş tutmuş matçdan sonra dünyasını dəyişənlərin xatirəsi yad olunacaq. Hansı ki, bu matçın ardından stadionda baş verən iğtişaşlar nəticəsində 174 nəfər dünyasını dəyişib.

Bu, həmçinin Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında dünya çempionatının pley-off oyunlarına da şamil ediləcək.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start  veriləcək.