U-21 millimizin baş məşqçisi Milan Obradoviç yanvarın 22-dən 26-dək köməkçiləri ilə birlikdə Antalyada səfərdə olub. Sport24.az xəbər verir ki, Elbrus Məmmədov və həmyerlisi Vladimir Kozulla birgə Türkiyəyə yollanan serbiyalı mütəxəssis səfər çərçivəsində klublarımızın məşq və yoldaşlıq oyunlarını izləyib.

44 yaşlı çalışdırıcı eyni zamanda, Ukraynanın “Aleksandriya” klubunun məşqlərinə də nəzər yetirib. O, hazırda bu klubun formasını geyinən Emil Mustafayevin oyun keyfiyyətləri barədə müfəssəl məlumat almaq üçün bu addımı atıb. Obradoviç “Aleksandriya”nın baş məşqçisi Yuriy Qura və “Sabah”dakı həmkarı Murad Musayevlə də fikir mübadiləsi aparıb.

Xatırlıadaq ki, millimiz cari semə mərhələdə növbəti matçını martın 25-də Sumqayıtda "Kapital Bank Arena"da Estoniyadan olan həmyaşıdları ilə keçirəcək.