"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov klubda qalaraq əvəzedici komandaya göndərilən təcrübəli müdafiəçi Elvi Yunuszadəni geri qaytarmaq fikrində deyil. Sport24.az xəbər verir ki, 52 yaşlı mütəxəssis bu məsələləri onun üçün artıq bağlandığını açıqlayıb: "O futbolçuya əsas komandada ehtiyac duymuram. Bu məsələ mənim üçün bağlanıb. Açıqlama vermək istəmirəm. Biz də futbolçu olmuşuq. Məşqçi irad bildirirsə, futbolçu etdiyi əmələ görə üzrxahlıq etmirsə, əvəzedici heyətdə məşqlərə qatılmırsa, belə olan halda məsələ mənim üçün bağlanıb" .

Xatırladaq ki, Əhmədov hələ qış fasiləsinədək əvəzedici heyətə göndərdiyi 31 yaşlı Yunuszadə klub rəhbərliyinin müqaviləni qarşılıqlı razılıqla pozulması təklifi qəbul etməyib.