"Neftçi"nin legioneri Yusuf Laval Konfrans Liqasının III təsnifat mərhələsində "Rapid"lə cavab matçı öncəsi mətbuat konfransında fikirlərini səsləndirib. Sport24.az-ın Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, nigeriyalı cinah yarımmüdafiçisi rəqib və mərhələ keçmək haqda bunları söyləyib: "Çətin rəqibə qarşı oynayacağıq. Bizi çətin oyun gözləyir. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, "Neftçi" sabah qonağı olacağı "Rapid"i evdə 2:1 hesabıyla məğlub edib.