Şahmatçıməz Nicat Abasov Torontoda keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb. Sport24.az xəbər verir ki, o, X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib və məğlub olub.

 

Bu nəticədən sonra Abasov turnir cədvəlində 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 5,5 xalla 3-5-ci yerləri bölüşdürür.

 

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu çinli Dinq Lirenlə Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.