"İlk olaraq azarkeşlərə təşəkkür edirəm. Sonadək dəstək oldular". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə deyib.
Hücumçu Bakıda Macarıstanın "Ferenrsvaroş" klubuna uduzduqları (2:3) Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra açıqlama verib:
"Bu, çox yaxşı hisslər. Çempionlar Liqasındayıq. Bəlkə də hər insanın həyatında tarixdə bir dəfə olan şeydir. Sevincliyik"
Forvard son dönəmlərdə tənqid olunmasına münasibət bildiri: "Fikir vermirəm. Nə deyə bilərəm?"
O, Çempionlar Liqasının əsas mərhələsindəki hədəflərdən də söz açıb: "Yaxşı oyun və yaxşı nəticə qazanmaq niyyətindəyik. Burada hansı rəqiblə düşməyin fərqi yoxdur"
Qeyd edək ki, səfərdə rəqibi 3:1 hesabı ilə üstələyən "Qarabağ" Çempionlar Liqasında əsas mərhələyə yüksəlib.