Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, "ağ-qaralar" hazırda Polşa çempionatında 2-ci pillədə qərarlaşan "Termalika" ilə üz-üzə gəlib.

 

Bakı vaxtı ilə saat 13:30-da da başlayan oyun heç-heçə başa çatıb - 2:2. Paytaxt təmsilçisinin heyətində yeni transfer Freddi Varqas (10) və Bassala Sambu (78) fərqlənib.

 

Qeyd edək ki, Polşada ilk yoxlama matçında "Hapoel"lə (Təl-Əviv, İsrail) 1:1 hesablı heç-heçə oynayan "Neftçi" iyulun 27-də Yunanıstan "Asteras"ı və avqustun 1-də Kipr AEL-i ilə də qarşılaşacaq.