"Neftçi"nin sabiq futbolçusu Andre Şinyaşiki özünə yeni klub tapıb. Sport24.az xəbər verir ki, "ağ-qaralar"ın sıralarını tərk etdikdən sonra klubsuz qalmış braziliyalı futbolçu Bolqarıstanda oynayacaq.

 

Şinyaşiki yüksək liqa təmsilçisi olan "Arda" ilə anlaşıb. 27 yaşlı hücumçu mövsümün sonuna qədər bolqarlara kömək edəcək.