"Komandanın oyunlarını tam izləyə bilmirəm. Amma icmallara mütləq baxıram". Bu sözləri Sport24.az-a "Neftçi"nin sabiq futbolçusu Baqali Dabo deyib.

37 yaşlı keçmiş forvard "ağ-qaralar" cari mövsüm iki turdakı çıxışı ilə bağlı danışıb:

"Komandanın son oyununa xüsusi toxunmaq istəyirəm. Hücumçu (red: Bassala Sambunu) qapıçının çarəsiz qaldığı epizodda fərqlənə bilmədi. Mövsümün ilk matçlarında fürsətlərdən maksimum yararlanmalısınız".

Fransalı sabiq oyunçu "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov haqqında da danışıb:

"Düşünürəm ki, bir mütəxəssis klubda uğur qazanıbsa, ona şans vermək lazımdır".

Qeyd edək ki, "Neftçi" ilk turda "Şamaxı" ilə (1:1), ikinci turda "İmişli" ilə heç-heçə edib. Baqali Dabo 2018-2020-ci illərdə paytaxt klubunda çıxış edib.