"Belə böyük klubda işləmək həyəcanvericidir". Sport24.az xəbər verir ki,bunu "Neftçi"nin idman direktoru Yens Andersson mətbuat konfransında deyib.

İsveçli funksioner artıq altı aydır "ağ-qaralar"da işlədiyini xatırladıb: "Bu müddət ərzində etdiklərimiz və növbəti planlarımız barədə danışmaq istəyirəm. Buradakı həmkarlarım məni yaxşı qarşılayıblar. İşləmək üçün imkanlarımız var. Bir neçə islahatlar etmişik. İdman departamentinin strukturunu dəyişmişik. Buraya infrastruktur sahəsini də əldə edə bilərik.


Andersson paytaxt təmsilçisində işə başlayanda təəccübləndiyini bildirib: "Bizim yaxşı təlim-məşq bazamız var. Amma təəssüf ki, bina boş idi, ondan istifadə edə bilmirdik. Konteynerlərdə çalışırdı. Bu klub üçün yaxşı deyil. Bazanın təmirinə kifayət qədər resurslar ayırdıq. Birinci mərtəbədə kifayət qədər yeniliklər etmişik. Klubda yeni skaut fəaliyyətinə yetərincə vaxt ayırmışıq. Yay transfer dönəminə daxil olacağıq. Hazırkı heyətdə yaşlı oyunçular çoxdur. Balans yaratmaq istəyirik. Skaut komandamızı maraqlandıran məsələ xarakterə malik olan oyunçular tapmaqdır. Bəzən narahatlıq və qəzəb klub daxilində də olub. Böyük klublarda qısa zamanda uğur tələb olunur.

İsveçli funksioner hazırda uzun məsafəli hədəflərə enerji sərf etdiklərini bildirib: "Bazanın təmirinə vaxt ayırırıq. Bunun nəticəsini sabah "Zirə" ilə oyunda görməyəcəksiniz. Bəzən irəliyə doğru iki addım atmaq üçün bir addım geri getmək lazımdır"