"Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanacağımızı söz verə bilmərəm". Sport24.az xəbər verir ki, bunu "Neftçi"nin idman direktoru Yens Andersson mətbuat konfransında deyib.

İsveçli funksioner qısa müddətli hədəflərdən söz açıb: "Hər matça qələbə əzmi ilə çıxmalıyıq. Hazırda heyəti planlaşdırmaq üçün çox çalışırıq. Avrokuboklara görə hazırlıqlara erkən başlamaq şansımız olacaq".

O, yayda heyətə yeni oyunçuların cəlb edilməsi məsələsinə də toxunub: "Bizim əsas prinsipimiz canlı olaraq futbolçuları görməkdir. Çünki komputer vasitəsi ilə oyunçu seçəndə onun yalnız topla davranışını görürsünüz. Biz isə yerində seçim etmək niyyətindəyik".

Klub rəsmisi bəzi azarkeşlərin matçları boykot etməsinə də toxunub: "Komandanı sevirsinizsə, pis günündə də yanında olmalısınız. Bütün fanatların sabah "Zirə" ilə matçda tribunalarda olmasını istəyirik. Bizim onlara ehtiyacımız var".