"Neftçi"nin mövsümlərarası fasilədə yola saldığı legionerlərdən biri də Dembo Darbo oldu. Sport24.az-a daxil olan məlumata görə, qambiyalı forvard "ağ-qaralar"dan heç də pulsuz ayrılmayıb. 

 

Darbonun klubla müqaviləsi olduğundan rəhbərlikdən təzminat tələb edib. Uzun sürən danışıqlardan sonra paytaxt təmsilçisi ilə qambiyalı arasında 3 aylıq maaşının ödənilməsi ilə bağlı razılıq əldə olunub. 

 

Qeyd edək ki, Darbonun "Neftçi"də aylıq məvacibi 45 min dollar idi.