"Neftçi" Misli Premyer Liqasının 16-cı turunda qarşılaşacağı "Sumqayıt"la matçın hazırlığını başa vurub. Sport24.az xəbər verir ki, "ağ-qaralar" bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

 

Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışıb.

 

Emin və Azərlə yanaşı, cəzalılar – Yuri Matias və Edvin Kuç da "Sumqayıt"la matçı buraxacaqlar.

 

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması sabah saat 18:00-da start götürəcək.