"Neftçi"nin heyətinə qatmaq istədiyi yarımmüdafiəçi Məhəmməd Lamin Sackoya neçə illik müqavilə təklif etdiyi məlum olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

"Ağ-qaralar" Portuqaliya təmsilçisi "Vilaverdense"dən ayrılan və hazırda azad agent olan oyunçu ilə 2 illik müqavilə imzalamaq niyyətindədir.

Hazırda tərəflər arasında oyunçunun maaşı ilə bağlı danışıqlar aparılır. Oyunçu ilə "Neftçi"dən başqa bir neçə klub da maraqlanır.

Qeyd edək ki, "Momo" ləqəbi ilə tanına 23 yaşlı oyunçunun transfermarktda bazar dəyəri 150 min avrodur.