Futzal üzrə Azərbaycan Kubokunun qalibi məlum olub. Sport24.az xəbər verir ki, həlledici görüşdə "Neftçi" İK və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib. Matç "Neftçi"nin qələbəsiylə başa çatıb – 5:3.

 

30-cu Azərbaycan kubokunu qazanan "Neftçi" İK bu göstəricidə vahid liderdir. "Ağ-qaralar" qazandıqları kubokların sayını 8-ə çatdırdı. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final oyununun hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Viniciusa xatirə hədiyyəsi, "Araz-Naxçıvan" və "Neftçi"nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin "Neftçi" komandasına Azərbaycan kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov təqdim ediblər.