Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayıb.

Tədbirdə təmsilçimiz "Neftçi"nin də potensial rəqibi müəyyənləşib. II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq "ağ-qaralar" püşkatmada səpələnmişlər səbətində yer alaraq “Mura” (Sloveniya) - “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək. Püşkə əsasən "Neftçi"nin cütü ilk matçda meydan sahibi olacaq. 

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə  28-də Bakıda keçirəcək. 3-cü təsnifat mərhələsinin görüşləri isə 3-4 və 10 avqustda oynanılacaq.