“Neftçi”sinin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi Rusiya çempionu "Zenit”lə mümkün revanş oyunu ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, klub rəsmisi Rusiya mətbuatına açıqlamaısnda Sankt-Peterburq təmsilçisinin rəhbərliyi ilə əla münasibətlərinin olduğunu vurğulayıb: "Revans” deməzdim, amma mütləq oynayacağıq və əməkdaşlıq edəcəyik. “Neftçi” 1937-ci ildə yaradılıb və Azərbaycanın ən köhnə futbol klubudu. SSRİ çempionatlarında tez-tez görüşdüyümüz postsovet məkanı klublarını məğlub etmək həmişə xoşdu".
Xatırladaq ki, “Neftçi” dünən öz stadionunda "Zenit"lə yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gəlib.