"Neftçi"nin müqaviləsini pozduğu argentinalı futbolçu Xorxe Korrenın yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, 29 yaşlı argentinalı hücumameylli yarımmüdafiəçi Yunanıstanın "Olimpiakos" (Volos) klubuna keçib.

Təcrübəli vinger tibbi müayinədən sonra II liqa təmsilçisi ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları açıqlanmayıb. Korrea ötən ilin sentyabrında "Neftçi"yə transfer olmuşdu.

Qeyd edək ki, Volos təmsilçisi 2 gün öncə "Səbail"dən sol cinah müdafiəçisi Turan Manafovu cari mövsümün sonunadək icarəyə götürüb.