“Neftçi”nin məşqçilər heyətində daha bir təyinat olub.

Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçılar üzrə məşqçi Florin Tene ilə 2 illik müqavilə bağlanıb.

Tene 1968-ci il noyabrın 10-da Rumıniyanın Buxarest şəhərində anadan olub. O, 2001-ci ildə məşqçiliyə başlayıb. Rumıniya U-21 milli komandası (2002-2012) ilə yanaşı, bu ölkənin “Sportul Studentsesk” (2001-2002, 2010-2011), “Dinamo-2” (Buxarest, 2005-2006), “Proqresul” (2007-2009), “Otopen” (2009-2010), “Petrolul” (2012-2013), “Dinamo” (Buxarest, 2013), “Styaua” (2013-2014, 2015-2017), “Universitatya Krayova” (2021-2022), Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), BƏƏ-nin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarında işləyib.

53 yaşlı mütəxəssis “Əl Hilal”, “Liteks”, “Styaua”, “Əl Vəhdə”, “Əl Vəsl”, “Əl Əhli” və “Universitatya Krayova” klublarında “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.

Bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunmuşdu.