"Neftçi"nin Müşahidə Şurasının (MŞ) növbəti iclasının vaxtı bəlli olub. Klubdan Sport24.az-a verilən məlumata görə, yığıncaq iyunun 2-nə nəzərdə tutulub.

İclasda "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abasovun klubdakı taleyinə aydınlıq gələcək. Yığıncaqda, həmçinin, komandanın nəticələri və yeni mövsümlə bağlı planlar müzakirə olunacaq.

Xatırladaq ki, Konfrans Liqasında ölkəmizin təmsilçilərindən biri olacaq "Neftçi" keçən çempionatı gümüş medalçı kimi başa vurub, ölkə Kubokunda mübarizəni yarımfinalda dayandırıb.