"Neftçi" Misli Premyer Liqasının XX turunda "Zirə"ylə bugünkü ev matçına 3 zədəli futbolçunun yoxluğunda çıxacaq. Bu haqda Sport24.az-a məlumat verən klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev yarımmüdafiəçilər - Eddi İsrafilov, Rəhman Hacıyev və Fərid Yusuflinin hələ də fərdi məşq etdiklərini söyləyib: "Eddiylə Rəhman yəqin, bu qarşılaşmadan sonra yavaş-yavaş komandaya qoşularlar. Fəridin hazırlığına qatılması isə hələ çox var. Çünki keçən ay əməliyyat olunub. Yəqin, 1 aya yaxın müddətdə qrup halında çalışmalarda iştirak edər".

Xatırladaq ki, hər 3 futbolçu hələ qış fasiləsinə yaxın zədələnmişdilər və Antalyadakı təlim-məşq toplanışında bərpa prosesi keçərək, yoxlama matçlarında oynamadılar. 

 

 

MEHMAN SÜLEYMANOV