Konfrans Liqasında təmsilçimiz "Neftçi" Vətəni tərk edib. Sport24.az-ın Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, "ağ-qaralar" turnirin III təsnifat mərhələsində "Rapid"lə görüşəcəyi Avstriyaya yollanıb. 

Çarter reysilə səfərə çıxan bakılılar 4 saat yol qət edəcək. Komanda bu axşam oyunöncəsi son məşqinə matçın keçiriləcəyi "Alyans" stadionunda çıxacaq.

Xatırladaq ki, "Neftçi" sabah qonağı olacağı "Rapid"i evdə 2:1 hesabıyla məğlub edib.