Konfrans Liqasında təmsilçimiz olan "Neftçi" Avstriyaya çatıb. Sport24.az-ın Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, çarter reysilə səfər çıxan təmsilçimizi gətirən təyyarə 4,5 saatlıq uçuşdan sonra - az öncə Avstriya paytaxtındakı beynəlxalq hava limanına enib. 

Komanda məskunlaşacağı otelə yollanıb. Bu gün "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf və nigeriyalı futbolçu Yusuf Lavalın iştirakı ilə oynöncəısi mətbuat konfransı təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 21:00-da “Alyans” mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 21:30-da isə "Neftçi"nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Eyni məkanda həmin gün Bakı vaxtı ilə saat 19:00-da “Rapid”in mətbuat konfransı, 20:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Bu ədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

Xatırladaq ki, "Rapid" - "Neftçi" matçı sabah "Alyans" stadionunda Bakı vaxtilə saat 22:30-da keçiriləcək.