"Neftçi" Misli Premyer Liqasının XV turunun açılış matçında "Səbail"lə sabahkı matça itkilərlə çıxacaq. Klubun mətbuat xidmətini rəhbəri Rüstəm Allahverdiyevin Sport24.az-a verdiyi məlumata görə, serbiyalı müdafiəçi Vojislav Stankoviçlə yarımmüdafiəçi Fərid Yusifovla bu həftə komandayla məşqlərdə iştirak etməyiblər. Bu üzdən onlar "Bakcell Area"dakı matçı kənardan izləməli olacaqlar. 

İsrailli cinah yarımmüdafiəçisi Kenni Sayef isə dizindəki zədəsini müalicə etdirib. Sadəcə, onu bu turda meydana görə bilməyəcəyik. Bu da Sayefin 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşməsiylə bağlıdı. 

Komandada zədəli futbolçularla bağlı sevindirici xəbərlər də var. Belə ki, Premyer Liqanın son turunda zədələnərək əvəzlənən seneqallı müdafiəçi Mamadu Mbodj artıq komadayla birgə hazırlaşır. Eyni sözləri gənc müdafiəçi İsmayıl Zülfüqarlı haqda da demək olar. Uzun müddətdi zədə üzündən yaşıl meydandan kənarda qalmalı olan sol cinah müdafiəçisi Azər Əliyevlə yarımmüdafiəçi Eddi İsrafilovla tam hazırdılar və dönüşləri bu tura gözlənilir. Gürcü hücumçu Dato Arveladze də qrup çalışmalarıda iştirak edir.

Xatırladaq ki, "Neftçi"də zədəylə bağlı ən ciddi problem yayda əməliyyat olunan paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollidi. Hazırda Vətənində olan 31 yaşlı futbolçu yaxın günlərdə Bakıya bərpa prosesinin növbəti mərhələsinə gələcək və qış fasiləsində komandayla birgə təlim-məşq toplanışda iştirakı nəzərdə tutulub.