“Neftçi” Premyer Liqanın XXI turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığını başa vurub. Sport24.az xəbər verir ki, Samir Abasovun komandası bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu aprelin 4-ü saat 16:30-da “Bakcell Arena”da keçiriləcək.