Konfrans Liqasında çıxış edən "Neftçi" daha bir gürcü futbolçu transfer edib. Sport24.az xəbər verir ki, bu, milli üzvü olan Vaxtanq Arveladzedi.

24 yaşlı hücumameylli yarımmüdafiəçinin keçidi artıq reallaşıb. O, ikinci hücumçu mövqeyində çıxış edir.

Vaxtanqın sonuncu klubu Türkiyə "Fatih Karagümrük"ü olub. O, məşhur Şota və Arçil Arveladze qardaşlarının qohumu - qardaşı oğludu. Vaxtanqın atası Revaz Arveladze də vaxtilə futbolçu olub.

Xatırladaq ki, "ağ-qaralar" daha əvvəl qonşu ölkədən mərkəz müdafiəçisi Solomon Kvirkveliyanı heyətinə qatıb.