“Neftçi” heyətinə legioner futbolçu qatdığı üçün cəzalanıb. Sport24.az xəbər verir ki, bu qərarı AFFA-nın İntizam Komitəsi verib.

Məsələ bundadı ki, bakılılar AFFA Yüksək Qızlar Liqasının Əsasnaməsini pozub. Belə ki, bu çempionatda legioner iştirakına icazə verilmir.

“Ağ-qaralar” Nyah Marie Petcunu heyətinə qatıb. O, VI turun “Sumqayıt”la səfər oyununda ehtiyatda yer alıb. Buna görə “Neftçi”yə xəbərdarlıq edilib.

VII turun 8 №-li İOEUGiM ilə matçında isə həmin legioner əsas heyətdə yer alıb. Buna görə “ağ-qaralar”a texniki məğlubiyyət verilib.