Sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə "Neftçi" "Rapid"lə (Vyana) qarşılacaq.

Sport24.az xəbər verir ki, bu gün rəqibin oyunçusu Patrik Qraylın mətbuat konfransı keçirilib. Mərkəz yarımmüdafiəçisi jurnalistlərin suallarını cavablandırdı...

- Sabahkı oyundan öncə vəziyyət necədi?
- Evdə oynayırıq. Bu, bizə ruh verir. Sevinc hissi keçirdirik. "Neftçi" ilə oyun maraqlı olacaq. Çünki komandanın özü maraqlıdı. Oyunçular fərdi olaraq güclüdülər. Orda uduzsaq da, evdə qalib gəlməliyik.

- Bu mövsüm 7 qol vurmusan, bunun davamı gələcəkmi?
- Yavaş-yavaş formaya düşürəm. Məşqlərə başlamışam. Sabahkı oyunda da çalışacam ki, davamını gətirim.

- Penaltilər seriyası üçün xüsusi məşqlər keçmisiz?
- Hazırlıq dönəmində, məşqlərdə bunları həmişə etmişik. Oyun vaxtı belə şərait yaransa, çalışacağıq ki, bunlardan dəqiq yararlanaq.