"Neftçi" yeni mövsüm üçün daha bir futbolçusuyla bağlı qərar verib. Sport24.az xəbər verir ki, "ağ-qaralar" serbiyalı mərkəz müdafiəçisi Vojislav Stankoviç kimi, onun seneqallı həmkarı Mamadu Mbodjla da başa çatan müqaviləsini uzadacaq. 28 yaşlı legionerlə yeni anlaşmanın müddətinin 1 illik olması nəzərdə tutulub.

Xatırladaq ki, Mbodj 2019-cu ilin yanvarında Litvanın "Jalgiris" klubundan "Neftçi"yə keçib.