"Neftçi"nin baş məşqçisi Samir Abasov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində yeni hücumçu axtarışları haqda danışıb. Sport24.az xəbər verir ki, gənc mütəxəssis qış fasiləsində hücumçu tapmağın çox çətin olduğunu bildirməklə yanaşı, 3 ön xətt oyunçusuna təklif göndərdiklərini sözlərinə əlavə edib: "Ancaq onlar gəlmək istəmədilər. Hər üçü əcnəbidi. Biri Macarıstanda oynayan gürcü futbolçudur. Dedi ki, çempionatınızı izləyirəm, amma gəlmək istəmirəm. Digəri İsveçrənin "Bazel" klubunun üzvüdür. Gənc olduğu üçün çox vaxt icarədə olur. Ancaq futbolçuda perspektiv gördükləri üçün Azərbaycana göndərmək istəmədilər. Üçüncü hücumçu isə Ekvadorda çıxış edən uruqvaylıdır. Klubu çox pul istədiyi üçün keçid baş tutmadı".

 

Abasov axtarışların davam etdiyini və daha bir forvardla danışıqlar apardıqlarını söyləyib.

 

Qeyd edək ki, "Neftçi" 24 xalla qış çempionu olub.