"Neftçi" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı zamanı baxışa çağırdığı panamalı futbolçu Ansoni Alexandro Frias Qonsaleslə bağlı qərarını açıqlayıb. Klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin Sport24.az-a verdiyi məlumata görə, 21 yaşlı hücumçu bəyənilməyib

Belə ki, legioner çıxışı məşqçilər korpusunun tam ürəyincə olmadığından geri göndərilib.

Xatırladaq ki, Ansoni son 2 yoxlama matçında iştirak edərək (1-də start heyətdə) fərqlənə bilməyib.