"Qəbələ"nin prezidenti Fariz Nəcəfov baş məşqçisi Elmar Baxşıyevlə bağlı son nöqtəni qoyub. Klub rəhbəri Sport24.az-a  əməkdaşının sualına cavab olaraq bildirib ki, 43 yaşlı mütəxəssisi saxlaya biləcəklər: "Əlbəttə, Baxşıyevl "Qəbələ"də qalacaq. Onunla başa çatan müqaviləni uzadacağıq".

Xatırladaq ki, Baxşıyevli "Qəbələ" Azərbaycan Kubokunu qazanıb.