AFFA-nın dəstəyi ilə Naxçıvan şəhər məktəblərində UEFA-nın "HatTrick" proqramı çərçivəsində keçirilən "Məktəblərdə Futbol Dərsi" layihəsinə start verilib. Sport24.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Futbol Federasiyası (NFF) rəsmilərinin, məktəb direktorları və idman müəllimlərinin iştirakı ilə Naxçıvan şəhərində yerləşən 5, 12 və 14 nömrəli tam orta məktəblərdə şagirdlərlə görüş təşkil olunub, AFFA-nın bu layihəsi haqqında məlumat verilib.

 

NFF-in bundan sonra da Naxçıvanda futbolun kütləviliyi üçün müvafiq işlər görəcəyi, Təhsil Nazirliyi ilə müştərək işlərin davamlı olacağı bildirilib.

 

Sonda şagirdlərə AFFA tərəfindən idman geyimləri və futbol dərslərinin yüksək səviyyədə keçirilməsi məqsədilə əyani vəsait təqdim olunub. Qeyd edək ki, layihə Naxçıvan şəhərinin 10 məktəbində həyata keçirilir.