Napoli" "Mançester Siti"dən Cek Qrilişi və ya "Mançester Yunayted"dən Alexandro Qarnaçonu transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu futbolçulardan birinin "Napoli"yə transferi üçün 53 milyon avro ayrılıb.
İtaliya klubu yay "transfer pəncərəsi"ndə Qriliş "rənglərinə bağlama" üstünlük verirdi, lakin Qarnaçonun keçidi uzunmüddətli layihə üçün daha perspektivli transfer kimi nəzərədən keçirilir.
Qeyd edək ki, 29 yaşlı Qriliş 2024/25 mövsümündə "Mançester Siti"nin heyətində bütün turnirlərdə 32 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. 20 yaşlı Qarnaço isə "Mançester Yunayted"in heyətində 58 oyunda 11 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyununda başa çatır.