Millimizin futbolçusu Namiq Ələsgərov "Bursaspor"da nəticəyə ən çox töhfə vermiş 2-ci futbolçudu. Sport24.az xəbər verir ki, bu mövsüm 3 qol ötürməsi verən 26 yaşlı cinah yarımmüdafiəçisi yalnız Massimo Brunodan (2 qol, 2 qol ötürməsi) geri qalır.

Bursa təmsilçisi Türkiyə I Liqasında 8 oyunda 10 qol vurub.

Qeyd edək ki, Namiq "Bursaspor"la 2 illik müqavilə imzalayıb.