"Qələbəyə ehtiyacımız var idi. Matça yaxşı hazırlaşmışdıq". Sport24.az xəbər verir ki, bu fikirləri "Bursaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov səfərdə "Denizlispor"a 3:1 hesabı ilə qalib gəldikləri TFF I Liqasının XV tur oyunu barədə danışarkən deyib.

Komandasının 2-ci qoluna imza atan 26 yaşlı cinah yarımmüdafiəçi qalibiyyətin davamını gətirmək istədiklərini bildirib: "Qalibiyyət üçün xoşbəxtik. Burada önəmli olan bu uğurun davamını gətirməkdir. İnşallah, bu qələbə başlanğıc olar".

Qeyd edək ki, Namiq bu yay 2 illik müqavilə imzaladığı Bursa təmsilçisində 3-cü qoluna imza atıb.