Millimizin hücumçusu Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" bu gün Türkiyə I Liqasında növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, VI turda səfərdə "Tuzlaspor"la qarşılaşana bursalıların heyətində Namiq ilk dəfə əsas heyətində yer alıb və 90 dəqiqə meydanda olub. 49-cu dəqiqədə futbolçumuz komandasına penalti qazandırsa da, Brunonun zərbəsini qapıçı qaytarıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Keçən tur "Samsunspor"la matçda (4:1) Ələsgərov 2 qolun ötürməsini etmişdi. Bursa təmsilçisi 6 oyundan 5 xalla turnir cədvəlində 14-cü yeri tutur.

Digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keciorengücü" isə VI turda oyununu sabah keçirərək "Balıkesirspor"un qonağı olacaq.