"AFFA-ya hakim səhvləriylə əlaqədar müraciət edəsi olsaq, demək olar ki, həddən artıq çox müraciət eləmiş olarıq. Turlara baxsaq, bəlkə də belə bir mənzərəylə qarşı-qarşı ola bilərik. Sadəcə, bu dəfə bir neçə oyuna görə yığılan emosiya indi üzə çıxdı. Bilirik ki, müraciət hansısa bir şey şeyi dəyişmir. Necə deyim, hay salarsan, küy salarsan, o vaxtlar deyil, üzərində o qədər dayanmaq istəmədiyimiz məsələdi. Məncə, görməli onlar adamlar görürlər". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Nail Kərimov deyib. 

Misli Premyer Liqasının XX turunda "Sabah"la ev matçının 28-ci dəqiqəsində Ruan Renatonun 2-ci sarı vərəqə aldığı epizod böyük insidentə səbəb oldu. Kərimovun fikrincə, hələ bundan əvvəl "Kəpəz"lə Gəncədəki oyunlarında da kifayət qədər şübhəli məqamlar olmuşdu: "Orda hardasa səsimiz çıxarmadıq. Dedik ki, çempionatda fasilədən sonra ilk oyundu, necə ki biz məşqçi, futbolçu, idarəçi olaraq səhvlərə yol verə bilərik, ola bilər, hakimlər də yol verir. Qəbələdəki matçımızda isə mənə elə gəir ki, bütün hadisələrin başında Ruana verilən 1-ci sarı vərəqə idi. Ola bilər qaydaların dərinliyinə getsək, sübut edərsən ki, həqiqətən "sarı"dı. Amma hakim belə deyək ki, oyunu hiss eləməyi, məsuliyyəti dərk eləməyi də bacarmalıdı. Bunun da öhdəsindən gəlmədi. Fikrimcə, matçın gözəlliyinin üzərindən hakimlər briqadası böyük bir xətt çəkdilər".

"Qəbələ" rəsmisinin sözlərinə görə, əsas narazı qaldığı epizodlardan biri Renatonun qovulmasından sonra, ilk hissənin axırında rəqib futbolçuya - Amin Seydiyevə verilməyən 2-ci sarı vərəqədi. "Bundan sonra baş hakim Vüqar Həsənli başladı qarşılıqlı səhvlər eləməyə. Bəzən lehimizə də səhvlər elədi ki, bu, bizə lazım deyil. İstəmirik heç bir olmayan şey verilsin. Belə görünürdü ki, hakim səhvini sığörtalamağa çalışır. Səhv artıq ikici hissədə özünü göstərmişdi. Oyunu bir neçə hissəyə bölsək, Ruanın aldığı qırmızı vərəqəyə, həmin dəqiqəyədək meydanda yaxşı, gözəl futbol gedirdi - istər mübarizə, istərsə də oyun cəhətdən .İlk hissədə müəyyən qədər tab gətirmək oldu. Rəqibə eyni vəziyyətdə 2-ci "sarı" verilməyəndə, yəqin ki, ikinci hissədə 10 nəfərlə çempionatda 2-ci pillədə olan, çempionluğa iddialı komandayla çətinlik çəkməli idik. Belə də oldu"

Kərimovdan Renatonun aqressiv hərəkəti haqda da soruşduq ki, buna görə AFFA-nın İntizam Komitəsi tərəfindən ağır cəza verilə bilər: "Ruana "qırmızı" birbaşa deyil, 2-ci "sarı"dan olub. Protokolda başqa bir şey yazılıbsa, bu haqda məlumatım yoxdu. Ancaq orda Renato sözlü etirazını bildirib, hansısa bir çərçivəni aşmayıb, təhqirə yol veməyib. İnanmıram ki, əlavə bir cəza verilsin. Onu saxlayırdılar ki, getməsin hakimlərin üstünə. Amma o formada gedibsə, orda nə edəcəyini proqnozlaşdıra bilmərik. Gedib sözlü etirazını edib geri çəkilə bilər. Belə baxanda. əlavə bir şey olacağını inanmıram. Nə olacaqsa, bunu olandan sonra görəcəyik. Daha çox təhqir elementi varsa, onda cəza ola bilər. Bəli, oyunda azarkeşlərimiz də hakimə etiraz ediblər. Kütləvi təhqirlər olanda oaa da cərimə kəsilir. Amma belə bir şey olmayıb, Sadəcə. etirazlarını bidlirblər. Buna görə sonrakı məqamlara görə hansısa cəza, cərimə olacağını gözləmirik".

 

 

MEHMAN SÜLEYMANOV