Musa Qurbanlı İsveçin "Yurqorden"in U-21 komandasında qol vurub. Sport24.az xəbər verir ki, 21 yaşlı forvard "Deqerfors"a qarşı Elit Liqa Kuboku matçında fərqlənib.

 

Musa komandasının 4:2 hesablı qələbə qazandığı matçda hesabı açıb.

 

Qeyd edək ki, millinin də şərəfini qoruyan futbolçu cari mövsüm İsveç çempionatında əsas komandanın heyətində cəmi 2 oyuna çıxıb və üst-üstə 30 dəqiqə meydanda olub.